Türkiyə Milli Müdafiə Nazirliyindən Xocalı paylaşımı – FOTO

0
428

Türkiyə Milli Müdafiə Nazirliyi Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı “Twitter” hesabından paylaşım edib.

Bu barədə “Haber Global” məlumat yayıb.

Paylaşımda faciəni həyata keçirənlərin unudulmayacağı vurğulanıb:

“28 il əvvəl Dağlıq Qarabağın Xocalı qəsəbəsində ermənilər tərəfindən qəddarlıqla qətlə yetirilən soydaşlarımızı rəhmətlə anırıq. “Tək millət, iki dövlət”, – deyərək azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə olmağa davam edəcəyik və bu qətliamı həyata keçirənləri unutmayacağıq”.