Türk professordan koronavirusla bağlı şad xəbər

0
421

ABŞ-da tibb təhsili alan və bu sahədə 34 il araşdırmalar aparan Kipr türkü, professor İbrahim Benter yaratdığı “ACE2/Angiotensin-(1-7)” adlı sistemlə Çində başlayan və qısa müddətdə bütün dünyaya yayılan yeni tip koronavirusun qarşısını ala biləcəyini söyləyib.

Şimali Kipr Türk Cümhuriyyəti Vəqflər İdarəsi Ümumi Müdirliyi vəzifəsini icra edən Benterin ürək və damar problemlərinin müalicəsi ilə bağlı araşdırmaları bir çox mükafata layiq görülüb.

Benter yeni tip koronavirusun xüsusiyyətlərinin hələ tam aydın olmadığını qeyd edib.

Xəstələrin heç bir şey hiss etmədikləri üçün dünyanın müxtəlif yerlərinə getdiyini və virusu yaydığını bildirən Benter vəziyyətin təhlükəli olduğunu və hazırda dayandırılmasının qeyri-mümkünlüyünü vurğulayıb.

Kovid-19-a qarşı alınan karantin tədbirlərinin qeyri-kafi qaldığının bildirən Benter qeyd edib ki, hazırda əsas məsələ peyvənd hazırlamaqdır:

“Bu da çox çətin və zaman alacaq bir işdir. Bu səbəbdən indi yeganə iş bu virus bədənimizə daxil olduqdan sonra onu təsirsiz hala gətirə bilməkdir”.

Benter 1990-cı illərin əvvələrindən bu yana üzərində çalışdığı və “ACE2/Angiotensin-(1-7)” adlı bir sistem tapdığını söyləyərək, bunun koronavirusun dayandırılmasında istifadə edilə biləcəyini söyləyib:

“Bu sistemdəki ACE2 zülalı virusların işində də təsirli ola bilir. Bir virus bədənimizə daxil olduqda hüceyrənin içinə girə bilməsi üçün ACE2 zülalına bağlanması lazımdır. Yəni ACE2 zülalı bir qapı rolu oynayır. Virus bu zülala bağlanır, hüceyrənin içinə girir. Biz bu qapını bağlaya bilsək və virus hüceyrənin içinə girə bilməsə, zərər verməsinə maneə törədə bilərik”.

Benter bəzi işlərin davam etdiyini və qısa müddətdə bunların daha da dəqiqləşəcəyini qeyd edib:

“Məncə, koronavirusa qarşı həllin Türkiyədən çıxması mümkündür. ABŞ, Avropa, Asiya və Türkiyədəki mütəxəssislərin təcrübəsindən faydalanmaq lazımdır. Türkiyə burada liderlik edə bilər, qısa müddətdə bir konfrans təşkil edilə və mütəxəssislər çağırıla bilər. Bir strategiya ilə sürətlə iş başladıla bilər”.