Heydər Əliyevin adını daşıyan parka etinasızlıq… – Video

0
520

“Ağdam Rayonun İcra Hakimiyyətinin qarşısında Ulu Öndər H.Əliyevin adını daşıyan muzeyin yaxınlığında yerlləşən bu parkın yanından hər gün rayonun rəhbər nümayəndələri keçir”

Bu sözləri İctimai Nəzarət Koalisiyasının Ağdam rayon nümayəndəliyinin sədri İnşallah Qarayev “ictimaixeber.az” saytına verdiyi müsahibəsində və hazırladığı video-reportajda bildirmişdir.

İ.Qarayevin bildirdiyinə görə, Ağdam rayonunda yerləşən H.Əliyev adına parkla giriş yolu bərbad vəziyyətdədir.

Rayon əhalisinin bir çox mövcud və eyni zamanda həll olunmuş problemləri ilə bağlı vaxtaşırı ölkə ictimaiyyətini və rəhbərliyini məlumatlandıran, eyni zamanda rayon əhalisinin sosial durumunun yaxşılaşdırılması istiqamətində İctimai Nəzarət Koalisiyasının həyata keçirdiyi nəzarət-təşviqat planı əsasında fəaliyyət göstərən İ.Qarayevin bu müraciətindən sonra da bu məsələ ilə aidiyyəti olan rəhbər qurumların lazımi tədbirlər görəcəyinə ümid edirik.

“ictimaixeber.az”