Mişustin koronavirusa yoluxan əcnəbilərin Rusiyadan çıxarılması göstərişini verdi

0
337

Rusiyanın Baş naziri Mixail Mişustin koronavirusa yoluxan əcnəbilərin deportasiyası barədə əmr imzalayıb.

Qeyd edək ki, bir gün əvvəl M.Mişustin Çin koronavirusunu HİV və vəba ilə eyniləşdirən fərman imzalayıb.

O vurğulayıb ki, hazırda Rusiyada xəstəliyin yayılmasının qarşısının alınması üçün bütün dərmanlar və vəsaitlər var.

Xatırladaq ki, dekabrın 31-də Çin hökuməti ölkənin mərkəzi hissəsində yerləşən Uxan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə Dünya Səhiyyə Təşkilatına məlumat verib. Mütəxəssislər xəstəliyin törədicisini təyin edərək bunun “2019-nCoV” koronavirus olduğunu bildiriblər. Yeni epidemiya ilə əlaqədar Çinin demək olar ki, bütün şəhərlərində karantin elan olunub. Xəstəliklə əlaqədar hər gün onlarla insan həyatını itirir. Son məlumatlara görə, Çinin Hubey vilayətində yeni növ koronavirusa yoluxanların sayı 13,8 min, ölənlərin sayı isə 350 nəfərə çatıb.