Türkiyədə zəlzələ olub -4,6 bal gücündə

0
512

Türkiyənin qərbində 4,6 bal gücündə zəlzələ olub.

Yeraltı təkanlar Manisa vilayətinin Akhısar rayonunda qeydə alınıb.

Ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 03:23-də qeydə alınıb. Zəlzələ ocağı 5,84 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat yoxdur.