Oğrunu bir zərbə ilə öldürdü – VİDEO

0
448

Rusiyanın paytaxtında “Diksi” mağazasının kassiri qəhvə oğurlayan müştərini bir zərbə ilə öldürüb.

Bu barədə “Baza” “Telegram” kanalı video paylaşıb.

Məlumata görə, kassir Ulu Nurlanbek müştərilərdən birinin qəhvə bankasını gizlətdiyini və mağazadan çıxmağa hazırlaşdığını görüb. O, kişini saxlayaraq onun necə oğurluq etdiyini kamerada göstərmək üçün zirzəmiyə gətirib. Burada dava başlayıb.

İddiaya görə, qarəti həyata keçirən şəxs onları təhqir etməyə və hədələməyə başlayıb. Ulu buna dözməyərək, oğrunun qarnına və başına vurub.

Sonra kassir onu bankomata tərəf gətirib. O, aparatdan pul çıxararaq, qəhvənin pulunu ödəyib (Çatışmayan 50 rublu (1,37 AZN) Nurlanbek ona bağışlayıb).

Bundan bir neçə saat sonra müştəri ölüb. Məlum olub ki,Ulunun ilk zərbəsində onun dalağı yırtılıb.

Nurlanbek saxlanılıb. Onu 15 il həbs cəzası gözləyir.