Bağdadda ABŞ əleyhinə çoxminlik aksiya keçirilib – VİDEO

0
438

İraqda ABŞ hərbi kontingentinin ölkəni tərk etməsini tələb edən minlərlə vətəndaş etiraz aksiyası keçirib.

Xəbəri “Reuters” agentliyi yayıb.

Etiraz aksiyası ölkənin tanınmış din xadimi Müqtəda əs-Sədrin çağırışı ilə baş tutub.

Xatırladaq ki, yanvarın 3-də ABŞ Hərbi Hava Qüvvələrinin Bağdad Hava limanı yaxınlığında raket hücumu nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandiri Qasım Süleymani, Əbu Mehdi Əl-Mühəndisi və bir neçə hərbçi öldürülüb. Hadisədən dərhal sonra İraq parlamenti ABŞ hərbi qüvvələrinin ölkəni tərk etməsi haqqında qərar çıxarıb.

Qarşı tərəf isə qərarı icra etməkdən imtina edib.