Bakıda məşhur marketdə həyat üçün təhlükəli yağ satılır

0
1088

Türkiyədə satışı qadağan edilən zeytun yağı Bakıda Araz marketlər şəbəkəsində satılır.

 “Rivera” markalı zeytun yağının Bakıda satışına hələ də qadağa qoyulmayıb. Fotolardan da göründüyü kimi, sözügedən zeytun yağı “Araz” marketlər şəbəkəsində satışdadır.

Qeyd edək ki, Türkiyədə Kənd və Meşəçilik Nazirliyi “Rivera” zeytun yağının satışını insan həyatı üçün təhlükə vəd edən maddələrə görə qadağan edib.