Rusiyanın Perm şəhərində hotellərin birində isti su borusunun partlaması nəticəsində 5 nəfər həlak olub.
Ölən şəxslərin meyiti su basan sahədən suyun boşaldılmasından sonra aşkar edilib.
Hadisə nəticəsində daha 3 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır, cinayət işi başlayıb.