Avstraliyadakı yanğının tüstüsü Çili və Argentinaya çatıb

0
474

Avstraliyadakı silsilə meşə yanğınlarının tüstüləri Cənubi Amerika sahillərinə kimi gedib çıxıb.

Bu barədə Çilinin Meteoroloji xidməti məlumat yayıb.

Bildirilib ki, qatı duman bu ölkənin və Argentinanın əksər cənub rayonlarını örtüb.

Qeyd edək ki, Avstraliyada bir neçə gündür davam edən yanğınlarda milyonlarla hektar ərazi külə dönüb. Bəzi yerlərdə duman o qədər güclüdür ki, havadan yanğını söndürmək mümkün olmur.

Yanğın zamanı 17 nəfər insan, 8 min koala və yüzlərlə digər heyvanlar ölüb, minə yaxın ev dağılıb.

Ölkənin cənubi-şərqində yanğın səbəbilə evakuasiyalar davam edir.