Yeni nəsil nəzarət-kassa aparatlarının quraşdırılma xərcləri vergi öhdəlikləri ilə əvəzlənir

0
526

Bu gündən Azərbaycanda quraşdırılan, Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatlarının quraşdırılma xərcləri vergi öhdəlikləri ilə əvəzləşdiriləcək.

Bu barədə məsələ “Vergi Məcəlləsi”nə edilən yeni dəyişikliklərdə öz əksini tapıb.

Həmin dəyişikliklər bu gündən qüvvəyə minir.

Sənədə əsasən, bir neçə halda nəzarət-kassa aparatlarının quraşdırılma xərcləri vergi öhdəliklərindən çıxılmayacaq.

Daha aydın desək, nəzarət-kassa aparatı 1 yanvar 2019-cu il tarixinə qədər quraşdırıldıqda, həmin tarixdən sonra quraşdırıldıqda, lakin Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab vermədikdə, həmin meyarlara cavab verdikdə, lakin əvvəllər istifadədə olan nəzarət-kassa aparatını əvəzləmədikdə yeni qaydalar qüvvəyə minmir.