Nazir: Bu il Xalça Muzeyi rekord göstəriciyə nail olub

0
486

Bu il 122 min nəfər bilet alaraq Xalça Muzeyinə gəlib.

Bunu Mədəniyyət naziri Əbülfəs Qarayev 2019-cu ilin yekunlarına həsr olunan kollegiya iclasında deyib.

“Bizim məqsədimiz, şüarımız odur ki, bütün rəssamlarımızın əsərləri evlərin divarlarında asılmalıdır. İmkan daxilində hər ailə tablo almalıdır.

Bu il 122 min nəfər bilet alaraq Xalça Muzeyinə gəlib. Bununla rekord vurmuşuq. Olduqca böyük nəticədir. Bütün muzeylər belə çalışmalıdır. Artıq üç muzeydə audiobələdçilər tətbiq edilir. Başqa muzeylərdə də tətbiq olunacaq. Muzeylərin fəaliyyətini ciddi nəzərdən keçirmişik və cəlbedici layihələr həyata keçirməlidirlər”, – deyə nazir qeyd edib.

Nazir əlavə edib ki, muzeydə saxlanılan əşyalar dünya miqyasında tanınmalıdır.