AQTA vətəndaşlara çağırış edib -1003 VİDEO

0
484

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fəaliyyətə başladığı ilk gündən etibarən qida təhlükəsizliyinin təmin olunması prosesində istehlakçıların iştirakına xüsusi diqqət yetirir.

AQTA-dan bildirilib ki, həyata keçirilən nəzarət və yoxlama tədbirləri zamanı vətəndaşlardan daxil olan bu məlumatlar xüsusi əhəmiyyət kəsb edir.

Agentliyin 1003 – Çağrı Mərkəzinə daxil olan müraciət və şikayətlərin hər biri diqqət mərkəzində saxlanılır və operativ şəkildə icrası təmin olunur. Unutmaq olmaz ki, qida zəncirinin istənilən mərhələsində hər hansı qanunsuz fəaliyyətlə məşğul olan sahibkar birbaşa özü məsuliyyət daşıyır. Bu sahədə ictimai nəzarətin və ictimai qınağın daha da gücləndirilməsi üçün hər bir istehlakçının prosesdə iştirakı vacibdir.

Agentlik bir daha vətəndaşlardan qida təhlükəsizliyi ilə bağlı qarşılaşdıqları neqativ hallara biganə qalmamağı və bu sahədə qanunsuz fəaliyyətlə üzləşdikdə AQTA-nın 1003 – Çağrı Mərkəzinə məlumat verməyi xahiş edir.