Balacaların əməli ananı şoka saldı – VİDEO

0
396

Altı yaşlı qız və dörd yaşlı qardaşı anasının xəbəri olmadan ağıllı səsgücləndiricidən istifadə edərək 700 dollara (1190 AZN) oyuncaqlar alıb.

Bu barədə “The Mirror” xəbər verib.

Bildirilir ki, hadisə ABŞ-ın Miçiqan ştatı, Detroyt şəhərində baş verib.

Ev sahibi Veronika Estel evlərinə göndərilən qutunun içində “Barbi” kuklaları və 48 batereya olan bağlama görəndə şoka düşüb. Estel düşünüb ki, oyuncaqlar hansısa səxavətli qohumları tərəfindən hədiyyə olunub, ancaq evə girəndə qızı Arissanın qardaşına “Kem! “Aleksa”dan sifariş verdiyimiz hədiyyələrimiz gəldi!” dediyini eşidib.

Ana uşaqları sorğu-suala tutanda öyrənir ki, onlar ananın kredit kartına bağlı olan ağıllı səsgücləndiricinin vasitəsilə özlərinə oyuncaq sifariş ediblər.

Ana artıq uşaqlara hədiyyələr, o cümlədən “Barbi” üçün evcik alıbmış və bunun üçün 200 dollar (340 AZN) xərcləyibmiş.

Estel baş verənlər barədə “Amazon”a xəbər verib və mağaza uşaqların etdiyi ikinci sifarişi ləğv edib. Amerikalı qadına isə göndərilən məhsulların pulu qaytarılıb. Ancaq şirkət hədiyyələri Arrisa və Kemi kədərləndirməmək üçün geri götürməyib.