Nazirlikdən rüşvət alan həkimlə bağlı RƏSMİ AÇIQLAMA

0
664

Səhiyyə Nazirliyi Qusar Rayon Mərkəzi Xəstəxanasında həkimin vətəndaşdan rüşvət alması ilə bağlı yayılan videoya münasibət bildirib.

Nazirlikdən bildirilib ki, Qusar Rayon Mərkəzi Xəstəxanasında həkimin rüşvət almasına dair məsələ araşdırılıb:

“Həkimə üç manat pul verilib. Pul verən ilə videonu çəkən ayrı-ayrı şəxslərdir. Pul verən şəxs həkimdən şikayətçi olmayıb. Buna baxmayaraq, daxili araşdırmalar aparılır və həkim barəsində müvafiq tədbirlər görüləcək”.