Sumqayıtda 1360 nəfər ilk dəfə səs verəcək

0
530

Bu il dekabrın 23-də Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Bununla əlaqədar Sumqayıtda ilk dəfə səsvermə hüququndan istifadə edəcək saciçilərin sayı açıqlanıb.

“Gənclər şəhəri”ndə fəaliyyət göstərən 4 seçki dairəsi üzrə ümumilikdə 1360 nəfər ilk dəfə səsvermə hüququndan istifadə edəcək.

Qeyd edək ki, Sumqayıtdakı seçki dairələrinin tərkibində 134 məntəqə fəaliyyət göstərir. Şəhərin seçicilərinin ümumi sayı isə 163 min 429 nəfərdir.