Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib

0
565

Dekabrın 4-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib.

İlk yarış günündə 156 yunan-Roma güləşçisi mübarizə aparıb. Bütün çəkilərdə finalçılar müəyyənləşib, eləcə də təsəlliverici qarşılaşmalar keçirilib.

Dekabrın 5-i axşam seansında baş tutacaq finallarda 55, 60, 63, 67, 72, 77, 82, 87, 97 və 130 kiloqram çəki dərəcələrində çempionlar müəyyənləşəcək.

Qızıl medallar uğrunda mübarizədə Ziyad Zeynalov – İbrahim Nurullayev (55 kq), Murad Bazarov – Sakit Quliyev (60 kq), Murad Məmmədov – Taleh Məmmədov (63 kq), Namaz Rüstəmov – İslambek Dadov (67 kq), Sənan Süleymanov – Ülvi Qənizadə (72 kq), Rüstəm Əliyev – Tuncay Vəzirzadə (77 kq), Elvin Mürsəliyev – Nicat Abdullayev (82 kq), İslam Abbasov – Eltun Vəzirzadə (87 kq), Orxan Nuriyev – Zamir Məhəmmədov (97 kq) və Oyan Nəzəriani – Beka Kandelaki 130 (kq) qarşılaşmaları keçiriləcək.

Dekabrın 5-də sərbəst güləş üzrə yarışda 10 çəki dərəcəsində finalçıların adlarına aydınlıq gələcək. Üçüncü yarış günündə isə əvvəlcə təsəlliverici, daha sonra medal görüşləri təşkil olunacaq.