Bakıda “Halal” sertifikatı verən şirkət cərimələndi

0
706

Nizami Rayon Məhkəməsi “Azesert Halal” MMC-nin 1200 manat cərimə edilməsi barədə qərar çıxarıb. Şirkət İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) ilə təqsirli bilinib.
Nizami Rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il qərarından “Azesert Halal” MMC-nin verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.