İkinci Dünya Müharibəsindən qalan bomba səbəbindən 10 mindən çox insan təxliyə edildi

0
428
İtaliyanın Torino şəhərində İkinci Dünya Müharibəsindən qalan bombanın aşkar edilməsi nəticəsində 10 mindən çox insan ərazidən təxliyə edilib.
10 min adamın təxliyə edilməsiylə yanaşı, 50 min nəfər insana da bombanın zərərsizləşdirilməsi zamanı evdən bayıra çıxmamaq qadağası qoyulub. Təhlükəsizlik tədbirlərinin həyata keçirilməsindən sonra bomba zərərsizləşdirilib.
Qeyd edək ki, bu il Almaniyada da İkinci Dünya Müharibəsindən qalan bir bombanın zərərsizləşdirilməsi üçün dörd min beş yüz insan ərazidən təxliyə edilmişdi.