Gecə reysləri riskli olduğundan, axşam reyslərinə istismar müddəti 5 ildən çox olmayan avtobuslar buraxılmalıdır
Gecə reyslərində istifadə edilən avtobuslarla bağlı tələblər sərtləşdirilib. Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova məlumat verib.
N.Allahyarova bildirib ki, gecə reysləri riskli olduğundan, axşam reyslərinə istismar müddəti 5 ildən çox olmayan avtobuslar buraxılmalıdır. N.Allahyarova bu addımın sərnişinlərin təhlükəsizliyi məqsədilə atıldığını bildirib. O, gündüz reyslərində isə bu tələbin 10 il olduğunu bildirib. N.Allahyarova söyləyib ki, oktyabrın 1-dən etibarən Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı istiqamətində iritutumlu, müasir, komfortlu, Almaniyanın “MAN” şirkətinə məxsus “Neoplan” avtobuslar ilə gecə reysləri həyata keçirilir.