Aeroport fəhləsi yük maşınının təkərləri altında qaldı – VİDEO

0
364

Moskvanın Şeremetyevo hava limanında bədbəxt hadisə baş verib.

“Life” xəbər verir ki, yük maşını təyyarələrə yemək tədarükü edən şirkətin fəhləsinin üstündən keçib.

Nəticədə kişinin sümükləri qırılıb və o xəstəxanaya çatdırılıb.

Hadisə reysin gecikməsinə səbəb olub.