Elçin Quliyev sərhəd nəzarəti məntəqəsinin rəisini işdən çıxardı

0
573

Noyabr ayının 25-də Dövlət Sərhəd Xidmətinin rəh­bərliyinin, DSX Sərhəd Nəzarətinin vəzifəli şəxslərinin və sərhəd nə­zarəti məntəqələrinin rəislərinin iştirakı ilə dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyətlə əlaqədar xidməti müşavirə keçiril­ib.

Müşavirədə DSX-nin rəisi, general-polkovnik Elçin Quliyev  bildirib ki, dövlət sərhədindən buraxılış məntəqələrində etik davranış qay­dalarının və vətəndaşların hüquq­larının pozulması, onlara qarşı ko­budluq edilməsi, korrupsiya hallarına və xidməti pozuntulara qarşı ciddi mübarizə aparılması, təkcə cari il ərzində xidmətlərində yol ver­dikləri nöqsanlara görə 55 hərbi qulluqçunun sərhəd nəzarəti sahəsindən kənarlaşdırılması qeyd edilib.

Rəis qeyd eedib ki, DSX-nin Sərhəd Nəzarətinin “Şıxlı” sərhəd nəzarəti məntəqəsinin rəisi polkovnik-ley­tenant Gündüz Qafarov xidməti fəaliyyətində yol erdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb.

Müşavirənin sonunda normativ-hüquqi aktların və rəh­bər sə­nədlərin tələb­lə­rinə riayət olunması, dövlət sərhədindən buraxılış mən­təqə­lərində xidmətə nəzarətin daha da gücləndirilməsi istiqamətində əlavə tap­şırıqlar verilib.