“Sevilya” “Qarabağ”la oyun öncəsi təcrübəli futbolçusunu itirdi

0
393
image hereİspaniyanın “Sevilya” klubu ciddi itki ilə üzləşib.

Əndəlüs təmsilçisi Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la oyunöncəsi kapitanı Xesus Navası itirib.

Komandanın 34 yaşlı futbolçusunun La Liqanın XVI turunun “Valyadolid”lə (1:0) matçında zədələndiyi bildirilir. Sol ayağında ağrılar hiss edən “Mançester Siti”nin sabiq futbolçusu görüşün 89-cu dəqiqəsində serbiyalı futbolçu Nemanya Qudellə əvəzlənib. Onun durumuna bu gün aydınlıq gələcək.

Qeyd edək ki, “Sevilya” – “Qarabağ” qarşılaşması noyabrın 28-də baş tutacaq.