Qız öskürəkdən qabırğalarını sındırdı

0
373

Çinin Centzyan vilayətinin sakini öskürəkdən 10 qabırğasını sındıraraq xəstəxanaya düşüb.

Bu barədə “Daily Mail” xəbər verir.

20 yaşlı qız gecələr kəskin öskürəkdən əziyyət çəkib. Həkimlər onda astma xəstəliyi müəyyən ediblər və ambulator müalicə təyin ediblər.

Buna baxmayaraq öskürək bərkiyib. Bir neçə gündən sonra qız sol döş nahiyəsndə bərk ağrılardan yuxudan oyanıb.

Rentgen göstərib ki, qız öskürək zamanı 10 qabırğasını sındırıb. Təkrar müayinə onun sümüklərinin zəif olduğunu göstərib. Bunu “D” vitamininin və kalsinin çatışmazlığı ilə izah ediblər.

Məlum olub ki, qız dərisini ağartmaq arzusunda olub. O evdən bayıra nadir hallarda çıxıb və il ərzində günəş şüalarına qarşı kremdən istfadə edib, bu isə öz növbəsndə “D” vitamininin catışmazlığlna gətirib çıxarıb.