Sərnişin təyyarəsi evlərin üstünə düşdü: 23 nəfər öldü – Video

0
446

Konqo Demokratik Respublikasının (KDR) Qome şəhərində kiçik bir təyyarə qəzaya uğrayıb, ən azı 23 nəfər həlak olub.

Bu barədə “Agence France-Presse (AFP)” agentliyi bildirib.

Bildirilib ki, təyyarədə 17 sərnişin və iki ekipaj üzvü olub.

“Busy Bee” özəl şirkətinə məxsus iki mühərrikli təyyarə Qoma rayonunun yaşayış sahəsində uçuş zamanı qəzaya uğrayıb.

Xilasedicilər artıq 18 nəfərin cəsədini dağıntılar arasından çıxarıb.

“Busy Bee” şirkətinə məxsus layner düşdükdən sonra alışmağa başlayıb. Hadisənin səbəbləri araşdırılır.