Azərbaycan əhalisinin gəlirləri 46 milyard manatı ötüb

0
433

image here

2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 46 milyard 705,8 milyon manat təşkil edib.

Əhalinin gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,9 faiz artıb. Əhalinin hər nəfərinə orta hesabla 4719,2 manatlıq gəlir düşüb.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 42 milyard 886,6 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,8 faiz çox vəsait qalıb.

2019-cu ilin yanvar-sentyabr aylarında isə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 11,7 faiz artaraq 603,5 manat təşkil edib.

Orta aylıq əməkhaqqı neft-qaz sektorunda 3068,9 manat, qeyri neft-qaz sektorunda 547,8 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 494,8 manat, özəl müəssisələrdə isə 742,3 manat olub.