Malayziyada sonuncu Sumatran kərgədanı öldü

0
428

Malayziyada alimlərə məlum sonuncu Sumatran kərgədanı ölüb.

2014-cü ildə tapılandan qoruq işçilərinin qeydinə qaldığı 25 yaşlı İman adlı dişi kərgədan Sabah ştatında Borneo adasında xərçəngdən ölüb.

Sabahın vəhşi təbiət departamentinin direktoru Avqustin Tuuqanın sözlərinə görə, İmanın ölümü gözləniləndən daha əvvəl baş verib.

Qeyd edək ki, Sumatran kərgədanı 2015-ci ildə Malayziyanın vəhşi təbiətində nəsli kəsilmiş elan edilib. Malayziyanın son erkək kərgədanı 2019-cu ilin mayında ölüb.

Hal-hazırda, bu növ, demək olar ki, bütün dünyada vəhşi təbiətdən itib. Ətraf mühitin mühafizəsi üzrə mütəxəssislərin sözlərinə əsasən, hazırda 30-dan 80-ə qədər fərd  yaşayır.