Dişlərimizi necə qoruya bilərik?

0
436

Dişlər bədənimizdə ən çox qulluq tələb edən orqandır. Baxımsızlıq, diqqətsizlik vacib bədən üzvümüzlə erkən vidalaşmağımıza səbəb ola bilər.

Dişlərə qulluqla bağlı bəzi tövsiyyələri təqdim edir.

1. Şirniyyat yemək dişlərə ən çox ziyan vuran vərdişdir. Vazkeçə bilmədiyimiz bu yeməkləri yedikdən sonra dişlər mütləq şəkildə fırçalanmalıdır.

2. Süd, pendir, qatıq və s. kimi kalsiumla zəngin qidalar yeyilməlidir.

3. Şəkərsiz saqqız çeynəmək dişləri qidaların zərərli təsirindən qismən də olsa, qoruyur. Çünki, onun tərkibində ksilitol adlı maddə var və o bakteriyaları məhv edir.

4.Diş fırçalarınızın təmizliyinə diqqət edin və 2 aydan bir dəyişdirin.

5.Gündə ən az 2 dəfə dişlərinizi fırçalayın.

6.İldə 2 dəfə diş həkiminin qəbulunda olun. Çünki, bəzən sizin görə bilmədiyiniz problem müəlicə edilməzsə, irəlidə ciddi problemlərə yol aça bilər.

7.Dişlərin möhkəmliyi üçün sadəcə kalsium tərkibli qidalar kifayət etmir. Vitaminli qidalar da qəbul edin.

8. Hər yemək qəbulundan sonra ağzınızı yaxalayın.