Parlamentin komitəsində Ombudsman vəzifəsinə namizədlər müzakirəyə çıxarıldı

0
588

Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Ombudsman vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb.

 İnsan hüquqları komitəsinin sədri, Milli Məclis sədrinin müavini Bahar Muradova deyib ki, Prezident İlham Əliyev üç nəfərə böyük etimad göstərib.

B.Muradova bildirib ki, Ombudsman seçiləcək şəxs Azərbaycanda insan hüquqlarının qorunması sahəsinə praktik olaraq öz müsbət töhfəsini verəcək, cənab Prezidentin etimadını doğruldacaq.

Məsələ müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, Ombudsman vəzifəsinə namizədlər Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevadır.

S.Əliyeva Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzovun həyat yoldaşıdır.

Qeyd edək ki, hazırda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovadır. O, 2002-ci ildən Ombudsmandır. Onun səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.

Səlahiyyət müddəti başa çatan E. Süleymanova yerinə namizəd verilmədiyindən hələ də Ombudsman vəzifəsində qalır.