NASA Yupiterin peykində su buxarı olduğunu təsdiqlədi – VİDEO

0
506

NASA alimləri Yupiterin “Avropa” peykinin səthində su buxarı olduğunu təsdiqləyiblər.

Bu barədə “Science Alert” məlumat yayıb.

Astronomlar “Havay” rəsədxanasında göy cisimlərində atmosferin kimyəvi tərkibini təyin etmək üçün 17 müşahidə aparıb və nəticələrini təhlil ediblər.

Tədqiqatçılar su buxarının əvvəllər hesab edildiyi kimi, aktiv formada deyil, ayrı-ayrı sıx püskürmələr şəklində meydana gəldiyi qənaətinə gəliblər.

Bu günə qədər “Avropa” peykində maye halda su aşkar edilməyib.

Lakin peykin səthindən olimpiya hovuzunu bir neçə dəqiqəyə doldura biləcək qədər su buxarı ayrılır.