İtaliyanın köməyə ehtiyacı var

0
438

Suyun səviyyəsi 1,8 metr qalxıb və San-Marko meydanı 1200 ildə artıq altıncı dəfədir ki, su altında qalır

Daşqınlardan sonra İtaliya Venesiyaya laqeyd olmayn hər kəsə müraciət edərək, yardım istəyib. Qeyd olunan məlumatı şəhərin meri Luici Brunyaro öz “tvitter” səhifəsində paylaşıb.

O qeyd edib ki, yardımlar sayəsində Venesiya yenidən parlayacaq. Çünki təsirə məruz qalan memarlıq abidələrinin və “ümumi irsin” bərpası üçün ölkəyə vəsait lazımdır. Hər kəs bərpa üçün ən azı iki avro bağışlaya bilər.

Bundan öncə isə İtaliya Nazirlər Kabineti təcili iclas keçirərək, daşqının nəticələrinin aradan qaldırılması üçün 20 milyon avro ayrılması barədə qərar vermişdi.

Xatırladaq ki, hazırda Venesiyada fövqəladə vəziyyət hökm sürür. Belə ki, suyun səviyyəsi 1,8 metr qalxıb və San-Marko meydanı 1200 ildə artıq altıncı dəfədir ki, su altında qalır.