Eniş etmədən ən uzun uçuş rekordu yeniləndi

0
432

Avstraliyanın “Qantas” hava yollarına məxsus təyyarə eniş etmədən Sidneydən Londona sınaq uçuşu həyata keçirib.

Uğurla həyata keçirilən birbaşa uçuş nəticəsində iki dünya rekordu təzələnib.

Qeyd olunur ki, uçuşun müddəti 19 saat çəkib, hava yolunun uzunluğu isə 17,8 min kilometr təşkil edib.

Hava yolunun qət edilməsi üçün 100 min kiloqram reaktiv yanacaq sərf olunub.

“Boeing 787-9” təyyarəsinin bortunda 50 sərnişin olub.