Ərdoğan Trampın sözünü kəsib, səhvini düzəltdi – VİDEO

0
427

ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı keçirib.

Mətbuat konfransı vaxtı jurnalistin “Suriyalıların vətənlərinə qayıtması məsələsini avropalı liderlərlə müzakirə etmək imkanınız oldumu?” sualına Trampın yanlış cavabına Ərdoğan müdaxilə edib.

Belə ki, Tramp Türkiyənin suriyalıların vətənlərinə dönməsi üçün dörd milyard dollar xərclədiyini deyib. Ərdoğan isə Trampın sözünü kəsərək, bunun dörd deyil, 40 milyard dollar olduğunu bildirib.