Mikser oğlunun gözü qarşısında ananı öldürdü

0
432

Fransada dəhşətli hadisə baş verib.

58 yaşlı qadın 15 yaşlı oğlu ilə mətbəxdə piroq hazırlayarkən, boynunda olan şərf mikserə dolanıb və qadını boğmağa başlayıb.

Bu zaman çıxılmaz vəziyyətdə qalan oğlu kömək üçün Fövqəladə Hallar İdarəsinə zəng edib.

Operator yeniyetməyə yardım gələnə kimi mikseri elektirik cihazından ayırmağı və şərfi açmağı məsləhət görüb.

Xilasedicilər, həkimlər və polislərin dərhal hadisə yerinə gəlib müdaxilə etmələrinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.