Üzən metal yaradılıb – VİDEO

0
417

ABŞ alimləri metala suda batmamağa imkan verən yeni texnologiya yaradıblar.

Tədqiqatçılar maddəyə hidrofob xüsusiyyətlər verən yeni metal emalı üsulu hazırlamağa nail olublar.

Yeni metodun mahiyyəti ondan ibarətdir ki, metal materialda çoxlu hava köpükləri yaradan qısa impulslar saçan lazerlə emal olunur. Bunun sayəsində əşya batmayaraq su səthi üzərində qalır.

Qeyri-adi texnologiyanın iş prinsipi videoda nümayiş olunub. Kadrlarda nümunələrdən biri adi alümindən hazırlanıb, ikincisi emal edilərək hidrofob xüsusiyyətlərlə təchiz edilib.

Texnologiya yaradıcılarının sözlərinə görə, hətta dəlikli emal edilmiş material asanlıqla suyun üzərinə çıxır. Bundan başqa, lazerdən istənilən bərk maddənin “üzmək” xüsusiyyətlərinə malik olması üçün istifadə etmək mümkündür.