Dünyanın ən böyük ticarət mərkəzini su basdı – Video

0
541

Birləşmiş Ərəb Əmirliklərində dünyanın ən böyük ticarət mərkəzi – “Dubai Mall”u su basıb. Bu barədə “Mirror” nəşri xəbər verib.

Buna səbəb bölgəyə yağan leysan yağışları olub. Yağış suları binanın damını deşib və içəriyə dolub. Nəticədə mərkəzin çıxışlarından biri bağlanıb. Fövqəladə vəziyyət ziyarətçiləri qorxutmayıb. Turistlər ticarət mərkəzində alış-verişlərinə davam edib.

Binada leysan yağışlarının fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, “Dubai Mall” 1,2 milyon kv.m.-dan böyük ərazini tutur.