Bakıda idarəetməni itirən sürücü qəza törədərək xəsarət alıb

0
547

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.

1979-cu il təvəllüdlü Məmmədov Ağadadaş Nizami oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək qəza törədib.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona başın təpə nahiyəsinin kəsilmiş-cırılmış yarası diaqnozu qoyulub.