İraqda interneti söndürdülər – 10 milyonlarla insan şəbəkədən xaric oldu

0
491
Anti-government protests set fire while security forces fired live ammunition and tear gas near the state-run TV in Baghdad, Iraq, Monday, Nov. 4, 2019. (AP Photo/Khalid Mohammed)

Bağdad və İraqın əksər rayonları internetdən xaric olunub.

TASS xəbər verir ki, Bəsra, Kərbəla və digər iri şəhərlərin 10 milyonlarla sakini qlobal şəbəkədən ayrı qalıb.

İnternetin söndürülməsi kütləvi etiraz aksiyalarına cavab olaraq tətbiq edilib. Hazırda İraq ərazisində internet yalnız kürdlərin nəzarəti altında olan şimal rayonlarda var.

Xatırladaq ki, oktyabrın 1-dən İraqda hökümət əleyhinə nümayişlər başlayıb. Nümayişçilər aşağı həyat səviyyəsi, işsizlik və korrupsiyaya qarşı etiraz edirlər.