Kubalı jurnalist: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təşkilatı daha da gücləndirəcək

0
467

Dünyada zorakılığın artdığı bir dövrdə Qoşulmama Hərəkatı mühüm əhəmiyyətə malik təşkilatdır.

Bu fikirləri Kuba dövlət televiziyasının müxbiri Hektor Martines Marero bildirib. O qeyd edib ki, Qoşulmama Hərəkatı ölkələr arasında multikulturalizm, sülhü tərənnüm edən və dəstəkləyən təşkilatdır. Kubalı jurnalist əminliklə deyib ki, Azərbaycan bu Hərəkatın sədri olaraq təşkilatı daha da gücləndirəcək.

Azərbaycanla bağlı təəssüratlarını da bölüşən Hektor Martinez Marero bildirib ki, o, ali təhsilini keçmiş SSRİ məkanında alıb və hələ həmin vaxtlar Bakıya gəlməyi çox arzulayırdı. “Mənim bu arzum 30 ildən sonra reallaşdı. Təəssüratlarım çox gözəldir. Bakı keçmişlə müasirliyin birləşdiyi heyrətamiz şəhərdir. Bir tərəfdən qədim binalar, digər tərəfdən müasir memarlıq nümunələri zövq oxşayır”, – deyə kubalı jurnalist vurğulayıb.