Elektron siqaretlərin satışı QADAĞA EDİLİR – Bu ölkədə

Dağıstanda 2027-ci il martın 1-dən elektron siqaretlərin (veyplərin) satışı qadağan olunacaq.

Bu barədə respublika parlamentinin mətbuat xidməti məlumat yayıb.

Parlamentin sədri Zaur Askenderovun təşəbbüsü ilə qəbul edilən qanuna görə, veyplər və onlar üçün mayelərin satışı 5 il müddətinə — 2032-ci ilin martına qədər dayandırılır.

Yeni qanun ictimai yerlərdə elektron siqaret və qəlyan çəkməyə də əlavə məhdudiyyətlər gətirir. Bundan əlavə, uşaq istirahət mərkəzlərində, sosial xidmət müəssisələrində, çimərliklərdə və gənclərin iştirak etdiyi tədbirlərdə hər növ tütün məhsullarının satışı tamamilə qadağan ediləcək.