ABŞ-ın Nyu-York ştatında Şükranlıq Günü ərəfəsində gözlənilən güclü fırtına səbəbindən fövqəladə vəziyyət elan olunub.
Ştatın qubernatoru Keti Hokul Nyu-Yorkla yanaşı, Nassau, Suffolk və Vestçester dairələrində də fövqəladə vəziyyət rejiminin tətbiq edildiyini açıqlayıb.
O, yaxınlaşan fırtına ilə əlaqədar güclü yağış və külək barədə xəbərdarlıq edib. Bildirilib ki, əlverişsiz hava şəraiti nəqliyyatda təhlükəli vəziyyət yarada və bayram ərəfəsində səfərlərin gedişinə mane ola bilər.
Qeyd edək ki, qonşu Nyu-Cersi ştatında da daha əvvəl əlverişsiz hava şəraiti ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.



