Tibbi və təhsildə birgə inteqrasiya 

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ƏBƏDİ XATİRƏSİNƏ HƏSR EDİLMİŞ Ülkər Psixologiya Mərkəzi rəhbəri Jalə xanım Mirsaabın *TİBB VƏ TƏHSİLDƏ BİRGƏ İNTEQRASİYA*LAYİHƏSİ.
13 noyabr 2026 cı il tarixində AZƏRBAYCAN DÖVLƏT SOSİAL  İQTİSAD KOLLECİNDƏ müvəffəqiyyətlə həyata keçirilmişdir.
Açılış nitqini Ülkər Psixologiya Mərkəzi rəhbəri 
Jalə xanım Mirsaab edərək öncə konfrans iştirakçılarını 
salamladı.Daha sonra Azərbaycan Dövlət Himni səsləndirildi.Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu və Ümummilli Lider Heydər Əliyevin əbədi xatirəsi yad edildi.
Daha sonra  Jalə xanım  təqdim etdiyi 
Ümummilli Lider Heydər Əliyevin əbədi xatirəsinə TİBB VƏ TƏHSİLDƏ BİRGƏ İNTEQRASİYA Layihəsinin məqsədi haqqında ətraflı məlumat edərək 
Tibb və Təhsildə Birgə İnteqrasiya Layihəsi 
Tibb və Təhsil mütəxəssislərini bir araya gətirərək elmi məlumatlari birgə paylaşım etməkdir .
Layihə tibb və təhsil prosesinin elmi tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, tələbə, magistrant və doktorantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması, müxtəlif elm sahələrində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi və birgə elmi tədqiqatların aparılması məqsədi ilə elmi təşkilatları, mərkəzləri və təhsil,tibb müəssisələri arasında əlaqələr gücləndirməyə müvəffəq olması üçün həyata keçirilir.
Layihədə iştirak edirdi  Türkiyədən dəvətli spiker fəxri qonaq,akademik,  yazıçı alim İrfan Ərdoğan.
 Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecin direktorudu
Mübariz Hacıbəyov fəxri qonaq olaraq iştirak etmişdir.
Layihəni.  spikerləri 
1.Oksford Akademiyasının akademiki, “Alternativ Psixologiya” elminin müəllifi, Tibbi-biologiya elmləri doktoru, professor, Oksford Akademiyasının Departament rəhbəri, Beynəlxalq Ekoenergetika Akademiyasının “Tibbi biologiya və Ekologiya” Departamentinin direktoru İbadov Yaşar Saday oğlu.
2.Əməkdar müəllim,ADPU-nin Elmi işçisi 
Zülfiyyə Vəliyeva.
3.Pedaqogika üzrə fəlsəfə doktoru, kimyaçı alim Pərvanə Həsənzadə


Ülkər Psixologiya mərkəzi n rəhbəri Jalə Mirsaab