“Valensiya”, “Çelsi” və “Mançester Yunayted”in sabiq futbolçusu Xuan Mata karyerasını başa vurduğunu açıqlayıb.
İspaniyalı futbolçu bu barədə sosial media hesabında məlumat verib.
“Bəzən sevmək buraxmaq deməkdir. Təşəkkür edirəm, futbol”, – Mata yazıb.
38 yaşlı oyunçu karyerasına “Real Madrid” akademiyasında başlayıb, lakin əsas komandada debüt etməyib. 2007-ci ildən 2011-ci ilə qədər yarımmüdafiəçi “Valensiya”da oynayıb, orada ulduza çevrilib və sonda “Çelsi”yə keçib.
Mata “mavilər”lə Çempionlar Liqasını və Avropa Liqasını qazanıb. 2014-cü ildə isə “Mançester Yunayted”ə keçib və “Qırmızı şeytanlar”ın meydandakı lideri olub. “Qırmızı şeytanlar”la Mata Avropa Liqasını, FA Kubokunu və Liqa Kubokunu qazanıb.
Futbolçunun karyerasında son klubu 2025-ci ildən bəri formasını geyindiyi “Melburn Siti” olub.



