Ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin ictimai nəqliyyatdan güzəştli istifadəsi təklif edilir.
Bu fikirləri Milli Məclisin deputatı Günay Ağamalı parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, tələbələrin gündəlik nəqliyyat xərcləri, xüsusilə aztəminatlı ailələrdən olan və regionlardan paytaxta təhsil almağa gələn gənclər üçün əlavə maddi yük yaradır:
“Belə güzəştlərin tətbiqi onların sosial müdafiəsini gücləndirməklə yanaşı, ailə büdcəsinə də müsbət təsir göstərəcək. Aidiyyəti dövlət qurumları tərəfindən məsələnin maliyyə imkanları və tətbiq mexanizmləri araşdırılaraq müvafiq təkliflərin hazırlanması faydalı olar”.



