Qazlı içkilər aksiz markasına cəlb ediləcək

Şirinləşdirilmiş mineral və qazlı içkilər aksizli malların, habelə aksiz markası ilə markalanmalı məhsulların siyahısına daxil ediləcək, yerli istehsalın hər litrinə 0,10 manat aksiz vergisi alınacaq.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.