NASA Ay infrastrukturu üçün 10 milyard dollara qədər vəsait ayırıb.
Bu barədə NASA administratoru Cared İsaakman məlumat verib.
O qeyd edib ki, Aya yüklərin çatdırılması, kosmik gəmilərin buraxılması və gələcək Ay infrastrukturunun elementlərinin qurulması üçün yeni müqavilələr imzalanıb:
“Bütün bu təşəbbüslər agentliyin planlaşdırdığı Ay bazasının tikintisi üçün zəmin hazırlamaq məqsədi daşıyır. Qərarlar paketinə ümumi müqavilə dəyəri 10 milyard dollar olan yeni on illik yük çatdırılma proqramı olan “Commercial Lunar Payload Services 2″ (CLPS 2) və bir neçə yeni Ay missiyasının hazırlanması daxildir”.



