Azərbaycan millisi Dakarda çempion oldu

Azərbaycanın çimərlik güləşi üzrə oğlanlardan ibarət millisi Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında çempion olub.

Yığma 70 xalla komanda hesabında birinci yeri tutub.

Kollektivin üzvlərindən Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qızıl medal qazanaraq Yeniyetmələrin Olimpiya çempionu adına yiyələniblər. Nihad Süleymanlı (80 kq) isə gümüş medala sahib çıxıb.

Qeyd edək ki, Gürcüstan komandası 61 xalla ikinci, Seneqal millisi isə 58 xalla üçüncü pillədə qərarlaşıb.