Misirin turizm və qədim abidələr naziri Şərif Fəthi Şotlandiyanın Qlazqo şəhərindəki Kelvinqrouv İncəsənət Qalereyası və Muzeyinin rəhbərliyindən 4 min il yaşı olan kahin mumiyasının Misirə qaytarılmasını xahiş edib.
Bildirilib ki, Next adlı kahinin mumiyası etik səbəblərdən ekspozisiyadan çıxarılıb. Muzey rəhbərliyi rəngli sarkofaqın nümayişini “mərhumun və ya onun nəslindən olanların razılığının olmaması” ilə əsaslandıraraq dayandırıb.
Hesab edilir ki, Next təxminən 4 min il əvvəl yaşayıb. Onun qalıqları XX əsrin əvvəllərində Misirdə aparılan qazıntılar zamanı aşkar edilib və 1923-cü ildə Qlazqo şəhərinə hədiyyə olunub.



