Ronaldo film istehsalına başladı

Kriştiano Ronaldo britaniyalı rejissor Mettyu Vonla əməkdaşlıq edərək film istehsalına başlayıb.

Bu barədə Amerikanın “Deadline” nəşri məlumat yayıb.

“Kaskadyorlar” adlı film döyüş komediyası janrındadır və iki kaskadyorun macəralarını izləyir. Layihədə Hollivud ulduzları Kris Hemsvort və Oskar mükafatı laureatı Sem Rokvell rol alıb.

Bundan əlavə, Ronaldonun aktyor Mett Deymonu kiçik bir epizodik rolda çəkilməyə şəxsən dəvət etdiyi bildirilir.

Yaxın günlərdə film ABŞ-da keçirilən illik Amerika Film Bazarında (AFM) alıcılara rəsmi olaraq təqdim olunacaq və yaradıcılar burada böyük bir qlobal distribyutor və ya yayım xidməti ilə müqavilə bağlamağı planlaşdırırlar.

“Əl-Nəsr”in hücumçusu bu yaxınlarda Portuqaliya millisindəki 23 illik karyerasını rəsmən başa vurduğunu elan etmişdi.