Bu gün açılışı olan Xankəndi şəhər stadionundan fotolar

Xankəndi şəhər stadionu əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.

Noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stadionun açılış mərasimində iştirak edib.

Qeyd edək ki, 1956-cı ildə istifadəyə verilən stadion 2023-cü ildə Xankəndi şəhərinin işğaldan azad olunmasından sonra əsaslı şəkildə yenidən qurulub. Arena UEFA-nın 3-cü kateqoriya standartlarına uyğunlaşdırılıb, ərazisi 3.39 hektara çatdırılıb.

Stadionun tamaşaçı tutumu 8 554 nəfərdir. Oturacaqlardan 8 214-ü standart, 251-i xüsusi qonaqlar, 59-u media nümayəndələri, 30-u isə fiziki imkanları məhdud şəxslər üçün nəzərdə tutulub.

Ölçüləri 105×68 metr olan futbol meydançasına süni ot örtüyü döşənib. Meydançanın ətrafında isə qaçış, maneələrlə qaçış, uzununa tullanma və digər atletika növləri üçün zonalar yaradılıb.